Azyaşlı bağlı qapı arxasında köməksiz qaldı

  07 Aprel 2021    Oxunub : 984
Azyaşlı bağlı qapı arxasında köməksiz qaldı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Mənzil