Meteohəssas insanlarda narahatlıq yarana bilər
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 7-12, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 13-18, bəzi yerlərdə 20 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 7-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azvision.az