Kəndçisini qətlə yetirdi

Kəndçisini qətlə yetirdi
  28 Mart 2013    Oxunub:1113
Şəmkirdə bir nəfər özündən 20 yaş böyük həmkəndlisini qətlə yetirib.
Martın 27-də Şəmkir rayon Günəşli kənd sakini, 1993-cü il təvəllüdlü Mustafayev Şirin Fərman oğlu yaşadığı kənddə həmkəndlisi, 1973-cü il təvəllüdlü Süleymanov Natiq Yaqub oğluna bıçaqla 2 dəfə zərbə endirərək onu qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəllləsinin 120.1-ci (Qəsdən adam öldürmə; Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti