Ceyhun Bayramov Türkiyə səfiri ilə görüşüb
Azərbaycan və Türkiyə arasında mövcud olan yüksək səviyyəli münasibətlərin, o cümlədən səfirlərin üzərinə böyük məsuliyyət qoyduğunu bildirən nazir Ceyhun Bayramov, Azərbaycandakı diplomatik fəaliyyəti müddətində səfir Erkan Özaralın bu önəmli vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəldiyini və ölkəmiz üçün tarixi bir dövrdə qardaş Türkiyənin elçisi qismində uğurla fəaliyyət göstərdiyini vurğulayıb.
Səfir Erkan Özaral Azərbaycanı Türkiyədən ayırmadığını və bunun hər zaman belə olacağını bildirib. O, Azərbaycan üçün çox önəmli bir dövrdə səfir qismində çalışmaqdan qürur hissi keçirdiyini söyləyib və diplomatik fəaliyyəti müddətində ona göstərilən yüksək diqqət və əməkdaşlığa görə təşəkkürünü ifadə edib. İki ölkə arasında səfərlər üçün viza tələbinin aradan qaldırılmasını və vətəndaşlarımızın artıq şəxsiyyət vəsiqəsi əsasında səfər edə biləcəklərini məmnunluqla vurğulayan səfir, bunu ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirib.
Nazir Ceyhun Bayramov Erkan Özaralın növbəti vəzifəsinin öhdəsindən də yüksək peşəkarlıqla gələcəyindən əminlik ifadə edərək, səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Azvision.az
Teqlər: Türkiyə Azərbaycan







Vaxtında, Aydın, Lazımlı!


