Şahmatçılarımız Qran-Prinin növbəti mərhələsində

Şahmatçılarımız Qran-Prinin növbəti mərhələsində
  07 Aprel 2021    Oxunub:2893
Şahmatçılarımızın qatıldıqları “Titled Tuesday Blitz” Qran-Prisinin növbəti mərhələsi keçirilib.
Azvision.az xəbər verir ki, 11 turdan ibarət olan turnirdə Azərbaycan şahmatçıları Vüqar Rəsulov 8 xal, Murad İbrahimli 7,5 xal, Vasif Durarbəyli, Kamal Ağakişiyev və Azər Mirzəyev isə 7 xal toplayıblar.

Turnirin qalibi 11 turdan 10 xal əldə edən FIDE təmsilçisi Alireza Firuzca olub. Ondan yarım xal geridə qalan amerikalı şahmatçı Hikaru Nakamura və Hindistan təmsilçisi Srinatx Narayanan ikinci və üçüncü yerləri tutublar. Yarışda 800 şahmatçı iştirak edib.

Azvision.az


Teqlər: Şahmat  





Xəbər lenti