Otlaq sahəsindən güllələr tapıldı

Otlaq sahəsindən güllələr tapıldı
  08 Aprel 2021    Oxunub:1214
İsmayıllı rayonu Keşqurd kəndi ərazisindəki otlaq sahəsində şübhəli bağlamaların olması barədə Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman 2 ədəd dəmir qutunun içərisində, paslanmış vəziyyətdə avtomat güllələri aşkar edilərək götürülüb və ekspertizaya təqdim edilib. Faktla bağlı araşdırma aparılır.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti