Təcavüzə məruz qalan məktəbli qız sığınacağa yerləşdirilib
O bildirib ki, 6 aprel 2021-ci il tarixində Komitə nəzdində fəaliyyət göstərən Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloq və sosial işçiləri yenidən Neftçala rayon İcra Hakimiyyəti yanında gender və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun nümayəndələri, kənd tam orta məktəbinin direktor müavininin və qəsəbə nümayəndəsinin iştirakı ilə yetkinlik yaşına çatmayan qız və onun anası ilə görüş keçirərək psixososial durum qiymətləndirilib.
"Görüş zamanı ananın qızına qarşı qeyri-adekvat davranışı da nəzərə alınaraq, Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində zorakılıq qurbanı olan yeniyetmənin Bakıda müvafiq sığınacağa yerləşdirilməsi təmin edilib. Rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri ilə yetkinlik yaşına çatmayanın 2 qardaşının da psixososial durumu yoxlanıldıqdan sonra dövlət himayəsinə alınması ilə bağlı işlər davam etdirilir", - deyə komitə rəsmisi qeyd edib.
Aytən Zəhra
Azvision.az