Lerikdə torpaq sürüşməsi: Sakinlər təxliyə edilir - VİDEO

Lerikdə torpaq sürüşməsi: Sakinlər təxliyə edilir -  VİDEO
  08 Aprel 2021    Oxunub:3069
Lerik rayonunun Veri Əliabad kəndində bəzi yerlərdə torpaq sürüşməsi baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə nəticəsində kənddə yerləşən 3 ədəd fərdi yaşayış evinin istismarı üçün ciddi təhlükə yaranıb.

Bununla bağlı mütəxəssislərin verdiyi rəyə əsasən, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sürüşmə zonasında yerləşən evlərdə yaşayan ailələrin təhlükəsiz əraziyə köçürülməsi zərurəti yaranıb.



Azvision.az


Teqlər: FHN   Lerik   Uçqun  





Xəbər lenti