Keçmiş məhkum heroinlə saxlanıldı

Keçmiş məhkum heroinlə saxlanıldı
  08 Aprel 2021    Oxunub:2057
Sabunçu rayonunda keçmiş məhkumdan iki kiloqramdan artıq heroin götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmişov Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayonu ərazisində saxlanılıb.

Axtarış zamanı ondan 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti