Üç ayda 125 nəfər yol qəzasında ölüb - RƏSMİ
Aparılan təhlillər göstərir ki, 365 (97%) yol-nəqliyyat hadisəsi məhz sürücülər tərəfindən (piyadalar tərəfindən 9 - 2,4%) yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib. Bu qayda pozuntularının 43,2%-i, yəni 158-i sürücülər tərəfindən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi, 29,8%-i isə, yəni 109-u qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması olub.
Yol-nəqliyyat hadisələrin növləri içərisində piyadanı vurmaq (142 - 37,7%, 49 ölü, 99 yaralı) və toqquşma (136 - 36,1%, 35 ölü, 179 yaralı) yenə də üstünlük təşkil edir. Həlak olan 125 nəfərdən (qadınlar 20 nəfər, 7-16 yaş 7 nəfər,) 50-i piyada, 42-i sürücü, 29-u sərnişin, 3-ü isə velosipedçi olub.
Azvision.az
Teqlər: DİN