Zaqatalada koronavirus xəstəsi saxlanıldı

Zaqatalada koronavirus xəstəsi saxlanıldı
  09 Aprel 2021    Oxunub:3321
COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a bildiriblər ki, Zaqatala rayonunun Göyəm kənd sakini Mömin Abducəlilov ev şəraitində müalicə almasına baxmayaraq, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən şəhər ərazisində saxlanılan həmin şəxs yaşadığı ünvana geri qaytarılıb.

M.Abducəlilov barəsində Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti