Ötən gün 42 mindən çox vaksin vurulub

  Ötən gün 42 mindən çox vaksin vurulub
  09 Aprel 2021    Oxunub:2650
Azərbaycanda son sutkada koronavirus əleyhinə 42 234 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 930, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 304 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 111 722, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 706 433, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 405 289 təşkil edir.

Azvision.az



Teqlər: Koronavirus   Vaksin  





Xəbər lenti