Qadını vurub qaçan sürücü tapıldı
Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Daewoo” markalı avtomobilin sürücüsü, paytaxt sakini T.Əlimuradov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Azvision.az