Axtarışda olan 33 nəfər tutuldu, 2 nəfər öldü

Axtarışda olan 33 nəfər tutuldu, 2 nəfər öldü
  10 Aprel 2021    Oxunub:1683
Daxili İşlər Nazirliyi (DİN) ötən gün daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 30 cinayətin üstü “isti izlər”lə açılıb, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğu üçün ümumilikdə 33 nəfər, o cümlədən borclu qismində olan axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti