Kürdə batan bacı və qardaşın axtarışları davam edir

Kürdə batan bacı və qardaşın axtarışları davam edir
  10 Aprel 2021    Oxunub:1458
Kür çayında batmış 2 nəfərin axtarışları dalğıc-axtarış qrupu tərəfindən davam etdirilir.
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edək ki, ötən gün FHN-in "112" qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti