Maşın yolu keçən kişini vurub öldürdü

Maşın yolu keçən kişini vurub öldürdü
  10 Aprel 2021    Oxunub:2236
Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, aprelin 9-da saat 13 radələrində Salyan rayonunun Xurşud kəndi ərazisində Bakı şəhər sakini C. Nağıyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən kənd sakini S. Mirzəyevi vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti