Daha bir koronavirus xəstəsi saxlanıldı

Daha bir koronavirus xəstəsi saxlanıldı
  10 Aprel 2021    Oxunub:2297
Gəncə şəhərində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakininə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Elman Ələsgərovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməsi aşkar edilib.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə E.Ələsgərov yaşadığı evə göndərilib, onun barəsində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti