“Qalatasaray” öz meydanında xal itirdi

“Qalatasaray” öz meydanında xal itirdi
  11 Aprel 2021    Oxunub:2822
Futbol üzrə Türkiyə çempionatında 34-cü turun oyunları davam edir.
Azvision.az xəbər verir ki, çempionluğa iddialı olan “Qalatasaray” öz meydanında “Fatih Karagümrük”ü qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib. Matç 1:1 hesabı ilə yekunlaşıb.

Günün digər görüşündə "Göztəpə" komandası səfərdə "Hatayspor"u 3:2 hesabı ilə məğlub edib. "Rizəspor" - "Trabzonspor" matçında (1:1) bərabərlik qeydə alınıb.

Hazırda Türkiyə Super Liqasının turnir cədvəlinə 67 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 63 xalla “Fənərbağça”, üçüncü sırada isə 62 xal toplayan “Qalatasaray" qərarlaşıb.

Azvision.az


Teqlər: Qalatasaray  





Xəbər lenti