Taekvondoçularımız Avropa çempionatını iki medalla başa vurub

Beləliklə, millimizin iki üzvü - kişilər arasında Milad Beigi Hərçəqani (80 kq) çempionatın gümüş, qadınlar arasında isə Minayə Əkbərova (46 kq) bürünc medallarına sahib olublar.
Xatırladaq ki, komandamız yarışda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin və baş məşqçilər Reza Mehmandosut və Elnur Amanovun rəhbərliyi ilə 11 idmançı ilə təmsil olunurdu. Hakimlərdən isə federasiyanın baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev ölkəmizi təmsil edib.
Azvision.az
Teqlər: Avropaçempionatı