Vasif Talıbovdan ilin ilk hesabatı

Vasif Talıbovdan ilin ilk hesabatı
  01 Mart 2014    Oxunub:1066
Naxçıvan Muxtar Respublikası cari ilin ilk hesabatını verib. Hesabatda muxtar respublikanın iqtisadi göstəriciləri, əhalinin aylıq gəlirləri və istehsal edilən məhsullar haqda məlumat verilib.

2014-cü ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 139 milyon 965 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, bu göstərici 2013-cü ilin yanvar ayı ilə müqayisədə 2,3 faiz çoxdur. Ümumi Daxili Məhsulun sahə strukturunda ilk yeri sənaye sahəsi tutmaqdadır.

Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2013-cü ilin yanvar ayı ilə müqayisədə 2,4 faiz artaraq 321,4 manata (409,7 ABŞ dollarına) çatıb.
2014-cü ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 81 milyon 240 min manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 1,5 faiz üstələyib.
Qeyd olunan dövrdə muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 64 milyon 699 min manat həcmində investisiya yönəldilib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istifadə edilmiş investisiyanın həcmi 0,7 faiz artıb.

2014-cü ilin yanvar ayı ərzində informasiya və rabitə xidmətlərinin həcmi 3 milyon 473 min manatdan çox olub ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 2 milyon 828 min manat olmaqla bir il öncəki göstəricini 2,8 faiz üstələyib.

Cari ilin yanvar ayında muxtar respublikada 6 milyon 526 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 1,5 faiz üstələyib. Bu dövrdə muxtar respublikada 1,6 min ton ət (diri çəkidə), 1,9 min ton süd istehsal edilib, 2013-cü ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 3 faiz, süd istehsalı 0,4 faiz artıb.

Bu ilin ilk ayında muxtar respublikada əhalinin gəlirləri 2013-cü ilin müvafiq ayı ilə müqayisədə 4,8 faiz artaraq 97 milyon 755 min manat, onun hər bir nəfərə düşən həcmi isə 3,9 faiz yüksələrək 226,7 manat təşkil edib.

Aparılan məqsədyönlü iqtisadi siyasət muxtar respublikada əhali rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaradıb. 2014-cü ilin yanvar ayında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 376,8 manat təşkil edib və vvəlki ilin
1 fevral 2014-cü il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 25020-yə çatıb ki, bunun da 21721-i və ya 86,8 faizi aktiv hesablardır. 2014-cü ilin yanvar ayı ərzində açılmış 4689 bank hesabının 4634-ü və ya 98,8 faizi aktiv hesablardır.
2014-cü ilin yanvar ayında muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən xarici dövlətlərlə aparılan ticarət əməliyyatları nəticəsində 25 milyon 960 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi yaranmışdır. İxracın həcmi son bir il ərzində 3,7 faiz artaraq 21 milyon ABŞ dollarını ötmüş və xarici ticarət üzrə 16 milyon ABŞ dollarından artıq həcmdə müsbət saldo yaranıb.

2014-cü ilin yanvar ayında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 2 milyon 38 min manat həcmində kreditlər verilib.

1 fevral 2014-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 7724 nəfər və ya 1,8 faiz artaraq 435676 nəfər təşkil edib.

Anar


Teqlər:  





Xəbər lenti