Samuxda toy keçirilməsinin qarşısı alındı

Samuxda toy keçirilməsinin qarşısı alındı
  12 Aprel 2021    Oxunub:1799
Samux rayon Polis Şöbəsinə (RPŞ) rayonun Qarayeri qəsəbəsində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsi dayandırılıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 14 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.

Davam etdirilən tədbirlərlə rayonun ərazisində də toy mərasiminin keçirilməsi aşkar edilib ki, RPŞ əməkdaşları həmin mərasim barəsində də qanunamüvafiq tədbir görüb, 4 iştirakçı inzibati məsuliyyətə cəlb edilib.

Azvision.az


Teqlər: Samux   Toy  





Xəbər lenti