Layihənin əsas məqsədi gənclərin idarəetmə qabiliyyətinin inkişaf etdirilməsinə nail olmaqdır.
Təqdimat mərasimində YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev, Prezident yanında Gənclər Fondunun nümayəndəsi Ramin Cəfərov, "Gənc Dost" Gənclər İctimai Birliyinin sədri Aygün Adilqızı və başqaları çıxış edərək, layihə ilə bağlı fikirlərini bildirib, layihənin gedişatına uğurlar arzulayıblar.
Qeyd edək ki, layihə rəhbəri Məhbubə Qurbanovadır və layihəyə YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyi, o cümlədən "Gənc Dost" GİB texniki dəstək göstərir.
Həmin gün YAP Gəncə şəhər Təşkilatı Qərargahında "İRƏLİ" İctimai Birliyi Gəncə nümayəndəliyi və Gəncə Regional Psixologiya Mərkəzi "Diplomatik Psixologiya" layihəsinə start verib.
Layihənin keçirilməsində məqsəd gənclərin diplomatik biliklərinin artırılmasından və psixologiyanın bu davranışlara təsirini araşdırmaqdan ibarətdir.
Layihədə iştirak edən "İRƏLİ" İctimai Birliyinin Gəncə nümayəndəsi Elmir Bağırov və Ganjanews.az saytının redaktoru Kənan Məmmədov çıxış edərək, təlim iştirakçılarına uğurlar arzulayıb.
Qeyd edək ki, mart ayının 2-nə kimi davam edəcək layihədə 25 nəfər gənc iştirak hüququ qazanıb. "Münasibətlərdə bəzi diplomatik texnikalar" layihəsinin təlimçisi Gəncə Regional Psixologiya Mərkəzinin rəhbəri Zahid Tağıyevdir.