Azərbaycanda COVID-19-dan sağalanların sayı artdı

 Azərbaycanda COVID-19-dan sağalanların sayı artdı
  13 Aprel 2021    Oxunub:2859
Azərbaycanda koronavirus infeksiyasından 2002 nəfər müalicə olunaraq sağalıb, 2457 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 289 min 601 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 253 min 762 nəfər müalicə olunaraq sağalıb, 3978 nəfər vəfat edib. Aktiv xəstə sayı 31861 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 254, bu günə qədər isə ümumilikdə 3 040 386 test icra olunub.

Azvision.az


Teqlər:





Xəbər lenti