Məmmədyarov dünya reytinqini saxlaya bildi

 Məmmədyarov dünya  reytinqini saxlaya bildi
  01 Mart 2014    Oxunub:1001
Şəhriyar Məmmədyarov reytinqində mövqeyini qoruyub saxlayib.
Beynəlxalq Şahmat Federasiyası dünyanın ən güclü oyunçularının reytinqini elan edib.
AzVision.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 13-cü pillədə əvvəlki yerini qoruyub saxlayıb. Onun aktivində 2 min 757 xal vardır.
Teymur Rəcəbov əvvəlki cədvəllə müqayisədə üç pillə aşağı enərək 37-ci yerdə qərarlaşıb.
İlk yüzlüyə Rauf Məmmədov (84-cü yer) və Eltac Səfərli (90-cı yer) də daxil olublar.
Reytinq cədvəlinə norveçli Maqnus Karlsen başçılq edir. Onun hesabında 2 min 881 xal vardır.
Komanda hesabında Azərbaycanın yığma komandası 2 min 624 xal ilə 12-ci yerdədir. Burada 2 min 744 xal ilə Rusiya liderdir.




Teqlər:





Xəbər lenti