BAXCP-nin aylığı 8800 manat edir

BAXCP-nin aylığı 8800 manat edir
  11 Fevral 2013    Oxunub:1895
“Partiyalara verilən maliyyənin məbləği çox azdır”. Bunu BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı AzVision.az-a dövlətdən partiyalara ayrılan vəsaitlə bağlı deyib.
O, ümumilikdə BAXCP-nin partiyalara maliyyənin ayrilmasını müsbət addım kimi qiymətləndirdiyini vurğulayıb. Ancaq hesab edir ki, verilən maliyyənin məbləği çox azdır. Onun fikrincə, növbəti illərdə bu məbləğ artırılacaq.
“İndiki halda ayda təqribən 8 min 800 manat vəsait düşür ki, bu vəsait də partiyalar üçün normal mənzil-qərargahlar saxlamağa, heç olmasa hər rayonda bir nəfər ştatda işçi götürməyə yetmir. Ona görə də düşünürəm ki, bu vəsaitin miqdarı bir neçə dəfə artırılmalıdır. Ümid edirəm ki, növbəti büdcə ilində biz buna nail olacağıq”, - deyə Niyaməddin Orduxanlı bildirib.
BAXCP sədrinin müavini onu da bildirib ki, hələlik ayrılan vəsait partiyanın hesabına oturmayıb. O bunun səbəbini Maliyyə Nazirliyinin həmin qərarı yenicə açıqlaması ilə əlaqələndirib: “Bundan sonra partiyada fəaliyyət göstərən məsul şəxslər bununla məşğul olacaq. Qanunda neçə nəzərdə tutulubsa , ona uyğun addım atılacaq”.


Teqlər:  





Xəbər lenti