Sumqayıtda top mərmisi tapıldı

Sumqayıtda top mərmisi tapıldı
  14 Aprel 2021    Oxunub:1632
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Tuk zavod ərazisində partlayış təhlükəli əşyanın aşkar olunması barədə məlumat daxil olub.
Nazirlikdən Azvision.az -a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xüsusi texnika və avadanlıqlarla təchiz edilmiş pirotexnik qrupu cəlb olunub.

Hadisə yerinə baxış zamanı döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli 1 ədəd 122 millimetrlik top mərmisi aşkar edilib.

Azvision.az


Teqlər: Sumqayıt   Mərmi  





Xəbər lenti