Yol polisi Balakəndə reyd keçirdi

Yol polisi Balakəndə reyd keçirdi
  15 Aprel 2021    Oxunub:1905
Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları dayanma-durma qaydalarını pozan sürücülərin müəyyən edilməsi məqsədi ilə reyd keçiriblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, reyd zamanı avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən, eləcə də 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülər aşkar olunub ki, yol polisi əməkdaşları onlarla izahedici söhbətlər aparıb və barələrində inzibati protokol tərtib ediblər.

Bu istiqamətdə tədbirlər davam etdiriləcək.

Azvision.az


Teqlər: DİN   Reyd   Polis  





Xəbər lenti