Keçmiş arvadını öldürən şəxsin məhkəməsi başlayır

Keçmiş arvadını öldürən şəxsin məhkəməsi başlayır
  15 Aprel 2021    Oxunub:2119
25 sentyabr 2020-ci il tarixdə saat 19 radələrində Gədəbəy rayonu, Qurudarə kənd sakini Məsimova Zülfiyyə Faiq qızının qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Gədəbəy rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Gədəbəy rayon prokurorluğundan Azvision.az -a bildirilib ki, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Bəhreynin Baş prokuroru ölkəmizə gəlib - FOTO
İstintaqla zərərçəkmişin keçmiş əri Məsimov Rasim Mansır oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zülfiyyə Mənsimovanı oğlu və azyaşlı qohumunun gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Rasim Məsimov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azvision.az


Teqlər: Prokurorluq   Qətl   Məhkəmə  





Xəbər lenti