`Total` və`Şahdəniz`layihədən çıxarıldı

`Total` və`Şahdəniz`layihədən çıxarıldı
  02 Mart 2014    Oxunub:1290
`Total` şirkəti `Şahdəniz` layihəsindən çıxa bilər.
Fransanın "Total" şirkəti Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsində səhmlərinin bir hissəsini və ya hamısını sata bilər. AzVision.az Trend-ə istinadən xəbər verir ki, "Nefte Compass" Azərbaycan Respublikası Dövlət Neft Şirkətindəki (ARDNŞ) mənbəyə istinadən xəbər verir.

Hazırda "Total" konsorsiumun tərkibində "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri layihələrində 10 faizlik səhmə sahibdir.
"Nefte Compass"in yazdığına görə, dünən BP şirkəti nümayəndələrinin Türkiyənin energetika naziri Taner Yıldızla keçirdiyi görüş zamanı "Botaş" dövlət boru şirkətinin (Türkiyə) "Şahdəniz" layihəsinə qoşulması ehtimalına dair razılaşma əldə olunub.

Qeyd olunur ki, "Şahdəniz"in işlənməsi layihəsi çərçivəsində tərəfdaşların "Total"ın payını almaq üzrə prioritet hüquqlarından istifadə etməsi çətin görünür. "Total" isə səhmlərini "Botaş"a satmaq niyyətindədir.

Qeyd edək ki, "Şahdəniz"də iştirak payları belədir: BP (operator - 28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

Yatağın ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.



Teqlər:





Xəbər lenti