Quldurluq edən Bakı sakini tutuldu

Quldurluq edən Bakı sakini tutuldu
  15 Aprel 2021    Oxunub:2203
Bakı şəhər sakini N.Qasımova qarşı quldurluq törətməkdə şübhəli bilinən paytaxt sakini M.Məmmədzadə saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini N.Qasımov rayon ərazisində 2 nəfərin onu döyüb 200 manat pulunu aldıqlarını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunan M.Məmmədzadə saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti