Bulvarda özünü dənizə atan şəxs xilas edilib

Bulvarda özünü dənizə atan şəxs xilas edilib
  16 Aprel 2021    Oxunub:2255
Bakıda özünü dənizə atan şəxs xilas edilib.
Azvision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən vətəndaş xilas edərək aidiyyəti üzrə təhvil verilib.

Azvision.az


Teqlər: Bulvar   Dəniz   İntihar  





Xəbər lenti