Polis əməkdaşları Topçu Vüsalla görüşdü - FOTO

Polis əməkdaşları Topçu Vüsalla görüşdü -    FOTO
  16 Aprel 2021    Oxunub:5586
Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları Vətən müharibəsi zamanı Topçu Vüsal kimi tanınan əsgər Şahkərimov Vüsal İslam oğlu ilə görüşüblər.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qurupundan Azvision.az -a verilən məlumata görə, igid topçu ilə görüşən RPŞ-nin rəis müavini Vüqar Orucov və şöbənin əməkdaşı Ülfan Əhmədov 30 ilə yaxın işğalda olan torpaqlarımızın cəsur oğullarımızın canı və qanı bahasına azad edildiyini qeyd edib.

O, müharibə zamanı Silahlı Qüvvələrimizin, qorxmaz döyüşçülərimizin göstərdikləri hünəri xalqımızın qəhrəmanlıq tarixinin mühüm səhifəsi kimi dəyərləndirib, qələbənin əldə olunmasında xidmətləri olan hər bir hərbi qulluqçunun fədakarlıqlarının daim xatırlanacağını bildirib.



Xatırladaq ki, Xaçmaz rayonunun Qusarçay kənd sakini V.Şahkərimov evinə məzuniyyətə gəlib.

Qeyd edək ki, Vətən müharibəsi dövründə Azərbaycan xalqı V.Şahkərimovu Müdafiə Nazirliyinin yaydığı videodan tanıyıb. Top atəşini yerinə yetirdikdən sonra cəsur duruşu ilə igid Azərbaycan əsgərinin simvoluna çevrilən 19 yaşlı əsgər barədə video və fotolar qısa müddət ərzində sosial şəbəkələrin və medianın gündəminə çevrildi.

Xatırladaq ki, V.Şahkərimov Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.





Azvision.az


Teqlər: TopçuVüsal  





Xəbər lenti