“Qarabağ” liderliyini davam etdirir

“Səbail”in futbolçusu Amil Yunanov 37-ci dəqiqədə penaltidən hesabı açıb. 42-ci dəqiqədə Uroş Matiç Ağdam təmsilçisinin bərabərlik qolunu vurub.
Qeyd edək ki, bu oyundan sonra xallarının sayını 47-yə çatdıran "Qarabağ" turnir cədvəlində liderliyini davam etdirir. “Səbail” isə 21 xalla 6-cı sırada yer alıb.
Azvision.az