Evdən antik samovar oğurlayan şəxs tutuldu

Evdən antik samovar oğurlayan şəxs tutuldu
  17 Aprel 2021    Oxunub:1501
Ağsuda şəhər ərazisində yerləşən fərdi yaşayış evindən antik samovar və elektrik kabellərinin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən Ağsu şəhər sakini, əvvəllər də məhkum olunmuş Elçin Eyvazov saxlanılıb.

Oğurladığı samovar onun yaşadığı ünvandan maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti