Xəzəyanı ölkələrin görüşü Aşqabadda keçiriləcək
Sabah Aşqabadda Xəzəryanı ölkələrin isçi qrupunlarının iclası keçiriləcək.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, iclasda Xəzərdə fövqəladə hallarda Xəzəryanı ölkələrin əmakdaşlığı haqqında sazişin imzalanmasına dair müzakirələr aparılacaq.
İclasda Azərbaycanın, İranın, Qazaxıstanın, Türkmənistanın və Rusiyanın Fövqəladə Hallar Nazirliklərin nümayəndələrin iştirakı gözlənilir.
İRNA agentliyinin məlumatına görə, İranı bu iclasda ölkənin fövqəladə halların idaəretməsi təşkilatının rəisi Hüseyn Hədəmi təmsil edəcək.
İRNA agentliyinin məlumatına görə, iclasda fövqəladə halların qarşısının alınması, ölkələr arasında xilaestmə avadanlıqlarının daşınması üçün imkanın yaradılması, müştərək təlimlərin keçirilməsi və s. məsələlər müzakirə olunacaq.