Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı

Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
  17 Aprel 2021    Oxunub:2561
Bakının Nizami rayonu, Nəsimi küçəsi 28 ünvanında ağacların kəsilərək tikinti işlərinin aparılması barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Azvision.az -ın məlumatına görə, Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, sözügedən ünvanda tikinti məqsədilə qazıntı işlərinin aparıldığı və 2 ağacın kəsildiyi məlum olub.

“Araşdırma zamanı ərazinin qeyri-yaşayış obyektinin tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən vətəndaş Cavanşir İsmayılova verildiyi müəyyən edilib. Faktla bağlı C.İsmayılov barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hazırda müvafiq işlər aparılır”, - deyə məlumatda qeyd olunub.

Azvision.az



Teqlər: ETSN   Ağac  





Xəbər lenti