Ukrayna Rusiya diplomatını ölkədən çıxarır

  17 Aprel 2021    Oxunub : 2273
 Ukrayna Rusiya diplomatını ölkədən çıxarır
Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatını ölkədən çıxarır.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatı aprelin 19-dan etibarən 72 saat ərzində Ukraynanı tərk etməlidir”, - deyə XİN-dən bildirilib.

Qeyd olunub ki, bu qərar Rusiyanın Ukraynanın Sankt-Peterburqakı konsulunu ölkədən çıxarmasına cavab olaraq qəbul edilib.

Xatırladaq ki, Rusiya XİN Sankt-Peterburqdakı Ukrayna konsulu Aleksandr Sosonyuku ölkədən çıxarmaq qərarına gəlib. Federal Təhlükəsizlik Xidməti bu gün A.Sosonyukun Rusiya vətəndaşından məxfi məlumatlar alarkən saxlanıldığı barədə məlumat yayıb. Diplomat bir neçə saatdan sonra sərbəst buraxılıb.

Azvision.az

Teqlər: Ukrayna   Rusiya