Sumqayıtda yol qəzası: İki nəfər yaralandı

  18 Aprel 2021    Oxunub : 1906
Sumqayıtda yol qəzası:    İki nəfər yaralandı
Sumqayıtda yol qəzası baş verib.
Azvision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində “Opel” və “NAZ-Lifan” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan "NAZ - Lifan" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: Qəza   Maşın