Prokurorluq minaya düşən şəxslə bağlı məlumat yaydı

 Prokurorluq minaya düşən şəxslə bağlı məlumat yaydı
  18 Aprel 2021    Oxunub:3595
Aprelin 17-də saat 21 radələrində Xocalı rayon sakini, 1983-cü il təvəllüdlü Quliyev Arif Sabir oğlunun Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə Ağdam rayon Prokurorluğuna məlumat daxil olub.
Ağdam rayon Prokurorluğundan Azvision.az -a bildirilib ki, aparılmış araşdırmalarla Arif Quliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sol ayağın topuqdan aşağı ətrafının amputasiyası xəsarəti alması müəyyən edilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Prokurorluq   Mina   Ağdam  





Xəbər lenti