Cüdoçularımız Avropa çempionatını iki medalla başa vurdu

Cüdoçularımız Avropa çempionatını iki medalla başa vurdu
  19 Aprel 2021    Oxunub:2237
Portuqaliyanın paytaxtı Lissabonda keçirilən cüdo üzrə Avropa çempionatında daha bir idmançımız üçüncü yeri tutub.
Azvision.az xəbər verir ki, təmsilçimiz Zelim Kotsoyev (100 kq) üçüncü yer uğrunda görüşdə rusiyalı Niyaz İlyasovu məğlub edərək bürünc medal qazanıb.

Bundan əvvəl 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov da qitə çempionatında üçüncü olub. Beləliklə, komandamız yarışı iki bürünc medalla başa vurub.

Qeyd edək ki, Avropa çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparıb. Yarışda ölkəmizi 9 idmançı təmsil edib.

Azvision.az


Teqlər: Cüdo   Yarış  





Xəbər lenti