Ölkə və paytaxt üzrə yoluxma statistikası

 Ölkə və paytaxt üzrə yoluxma statistikası
  19 Aprel 2021    Oxunub:3485
Azərbaycan üzrə yeni növ koronavirus infeksiyasına yoluxma statistikası açıqlanıb.
Azvision.az "koronavirus.info"ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür. Belə ki, paytaxtda yoluxma 54.2 faizdir.

Abşeronda 12.8 faiz, Aranda 12.0 faiz , Gəncə-Qazaxda 7.5 faiz, Şəki-Zaqatalada 4.0 faiz, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.5 faiz, Dağlıq Şirvanda 2.4 faiz, Yuxarı Qarabağda 1.3 faizdir. Naxçıvanda yoluxma 0.04 faiz, ölkə xarici yoluxma isə 0.3 faiz təşkil edib.

Paytaxtın rayonlarına gəlincə, ən yüksək yoluxma Binəqədi rayonundadır. Bu rayonda koronavirusa yoluxma 14.8 faiz, Xətaidə 13.4 faiz, Yasamalda 12.4 faiz, Sabunçuda 10.9 faiz, Nərimanovda 8.3 faiz, Suraxanıda 8.1 faiz, Nəsimidə 8.0 faiz, Nizamidə 7.0 faiz, Xəzərdə 7.0 faiz, Səbaildə 5.1 faiz, Qaradağda 4.6 faiz, Pirallahıda 0.5 faizdir.

Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti