Altı ay komada qalan Nurlan şəhidlik zirvəsinə ucaldı

   Altı ay komada qalan Nurlan şəhidlik zirvəsinə ucaldı
  19 Aprel 2021    Oxunub:2350
Vətən müharibəsində ağır yaralanaraq 6 ay koma vəziyyətində qalan Nurlan Əbilov vəfat edib.
Azvision.az -ın məlumatına görə, 26 yaşlı Nurlan bu gün səhər saatlarında şəhidlik zirvəsinə ucalıb.

O, doğulduğu Masallı rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, Nurlan Fərrux oğlu Əbilov 1994-cü ildə Masallı rayonun Ağakişibəyli kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb, oktyabrın 8-də Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb. Həmin vaxtdan Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb.

Şəhidin 3 və 5 yaşlarında iki oğlu yadigar qalıb.

Azvision.az


Teqlər: Şəhid   Masallı  





Xəbər lenti