Media nümayəndələri üçün “Qalib müəllim” müsabiqəsi

Media nümayəndələri üçün “Qalib müəllim” müsabiqəsi
  19 Aprel 2021    Oxunub:3308
Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri arasında “Qalib müəllim” videohekayə müsabiqəsinə start verilir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, 19 aprel-28 may tarixlərini əhatə edən müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılmasıdır.

Müsabiqə aşağıdakı başlıqlar üzrə keçirilir:

- “Qalib əsgərin müəllimi” - şagird və tələbələri vətənpərvər ruhda yetişdirən Azərbaycan müəllimi haqqında videooçerk;

- “Ön cəbhədə döyüşən müəllim” - Vətən müharibəsində iştirak etmiş əsgər, qazi və şəhid olan müəllimlərin həyat hekayəsi;

Müsabiqə üzrə tələblər aşağıdakılardır:

- Müsabiqədə ölkəmizdəki media qurumlarının nümayəndələri iştirak edə bilər;

- Müsabiqəyə göndərilən video 2 dəqiqədən artıq olmamalıdır;

- İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), təmsil etdiyi media qurumunun adı və tutduğu vəzifə, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu 21 may 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərməlidir;

- Hər iştirakçı bir videohekayə göndərə bilər;

- Müsabiqəyə təqdim olunan videohekayələr “Qalib müəllim” ön sözü ilə başlamalıdır.

Müsabiqənin yekununda videohekayələr Təşkilat Komitəsi tərəfindən dəyərləndiriləcək və qaliblər müəyyən olunaraq təltif ediləcəklər.

Azvision.az


Teqlər: Qalib-müəllim   Müsabiqə  





Xəbər lenti