1677 məzun attestatsız qalacaq

1677 məzun attestatsız qalacaq
  28 Mart 2013    Oxunub:1417
2012-2013-cü tədris ilində peşə liseylərinin 1677 nəfər məzunu attestat ala bilməyəcək.
Bu barədə TQDK mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə jurnalistlərə açıqlayıb.
Onun sözlərinə görə, mart ayının 17-də bütün peşə liseylərinin sonuncu sinfini də təhsil alan şagirdlər üçün keçirilən buraxılış imtahanlarının nəticəsi bunu deməyə əsas verir.

TQDK tərəfindən ilk dəfə aparılan imtahanlarda 4911 nəfərin iştirakı nəzərdə tutulduğunu deyən mətbuat rəhbəri imtahan zamanı 208 nəfərin gəlmədiyini 28 nəfərin isə imtahanın gedişi ərzində qayda pozuntularına yol verdikləri üçün nəticələrinin ləğv olunduğunu da deyib.

AzVision.az



Teqlər:  





Xəbər lenti