Birinci sinfə qəbul müsahibələri onlayn olacaq

  20 Aprel 2021    Oxunub : 1752
Birinci sinfə qəbul müsahibələri onlayn olacaq
Ölkədə davam edən pandemiya şəraiti səbəbindən birinci sinfə qəbul üçün müsahibələr onlayn aparılacaq.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov bildirib.

O bildirib ki, bu, həm məktəbəhazırlıq qruplarına cəlb olunan, həm də cəlb olunmayan uşaqlara aiddir.

“Aprelin 27-si saat 11:00-dan elektron qeydiyyat, aprelin 29-u saat 11:00-dan məktəb seçiminə başlanılacaq. Elektron sistemdə qeydiyyat valideyn və ya uşağın qanuni nümayəndəsi tərəfindən aparıla bilər. Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların cari il üçün elektron kabineti mövcuddur, yeni şəxsi kabinet açmağa ehtiyac yoxdur”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Məktəb   Dərs