Havada toz dumanı müşahidə edilir

Havada toz dumanı müşahidə edilir
  20 Aprel 2021    Oxunub:2321
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün Bakı və Abşeron yarımadasında havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib. Buna səbəb ölkə ərazisinə cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə daxil olan toz–dumanıdır.
Azvision.az xəbər verir ki, növbəti gün ərzində şimal-qərb istiqamətli küləklərin üstünlük təşkil etdiyini nəzərə alsaq, havada olan tozun səpələnməsi prosesinin baş verəcəyi və tozun miqdarının norma həddinə düşəcəyi gözlənilir.

Avtomat monitorinq stansiyalardan əldə olunan məlumata görə havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur.

Azvision.az



Teqlər: ETSN  





Xəbər lenti