Binanın damında 25 yaşlı qızın meyiti tapıldı

Binanın damında 25 yaşlı qızın meyiti tapıldı
  21 Aprel 2021    Oxunub:1936
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda binanın damında aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Azvision.az -ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

Görülən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyiti beşmərtəbəli yaşayış binasının damından götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti