Axtarışda olan 51 nəfər saxlanılıb

Axtarışda olan 51 nəfər saxlanılıb
  21 Aprel 2021    Oxunub:1505
Daxili İşlər Nazirliyi (DİN) aprelin 20-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 45 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyənləşdirib. Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti