Ramazanın 9-cu gününün duası: İmsak və iftar vaxtı

  21 Aprel 2021    Oxunub : 7678
Ramazanın 9-cu gününün duası:    İmsak və iftar vaxtı
Sabah Ramazan ayının doqquzuncu günüdür.
Azvision.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı Ramazan təqviminə əsasən, mayın 3-də imsak vaxtı saat 04:15, iftar vaxtı isə 19:41-ə təyin olunub.

İmsak duası:

“Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin”.

Tərcüməsi:

“İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!”.

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Sənə təvəkkül edirəm!”.

Allah orucunuzu qəbul etsin!

Azvision.az

Teqlər: Ramazan   Orucluq