Bakı sakini 4,5 kq narkotiklə tutulub

Bakı sakini 4,5 kq narkotiklə tutulub
  22 Aprel 2021    Oxunub:1156
Bakı şəhər sakinindən narkotik götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini X.Vəlişov Sabunçu rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 kiloqram 580 qram heroin və 3 qram metamfetamin aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: Bakı   Sakin   Narkotik  





Xəbər lenti